Toyota və Mitsubishi modellərinə rəqib olacaq yeni pikap
Hindistanın Mahindra şirkəti yeni Scorpio Lifestyler çərçivəli pikap hazırlayır. Modelin əsas rəqibləri arasında Toyota və Mitsubishi markalarının pikaplarının olacağı gözlənilir.
Yeni pikapın ilk satış bazarı şirkətin vətəni Hindistan olacaq. İlkin məlumata görə, model burada 2027-ci ilin yazında satışa çıxarılacaq.
Daha sonra Mahindra Scorpio Lifestyler digər beynəlxalq bazarlara da təqdim ediləcək.
Çərçivəli konstruksiyaya malik yeni model Mahindranın qlobal bazarda mövqeyini gücləndirmək və pikap seqmentində rəqabət qabiliyyətini artırmaq məqsədi daşıyır.


