"Ulduz" metrostansiyası yaxınlığındakı yol təmirə bağlanır

"Ulduz" metrostansiyası yaxınlığındakı yol təmirə bağlanır

28 aprel saat 00:00-dan etibarən paytaxtın Müzəffər Nərimanov küçəsindən Araz küçəsinədək olan hissəsində ("Ulduz" metrostansiyası) nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yoları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.

"Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaq, əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək xahiş olunur", - məlumatda qeyd olunub.