Üzdəki "ölüm üçbucağı": İnsult riskini artıran adi vərdişlər hansılardır?

Üzdəki "ölüm üçbucağı": İnsult riskini artıran adi vərdişlər hansılardır?

Nevroloq Baybin Çen insultun ilk baxışdan zərərsiz görünən gözlənilməz səbəblərini açıqlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Mirror" nəşri yazıb.

Nevroloqun fikrincə, insultun qeyri-aşkar səbəblərindən biri boyun üçün nəzərdə tutulan masaj alətləri ola bilər. Həkim izah edib ki, yuxu və onurğa arteriyalarına düşən güclü təzyiq damar divarlarını zədələyə bilər. Bu isə öz növbəsində tromb (qan laxtası) yaranmasına və beyinə qan axınının pozulmasına yol açır.

Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, başın uzun müddət geri əyilmiş vəziyyətdə qalması, məsələn, gözəllik salonlarında saç yuyulması zamanı yaranan poza da təhlükəlidir. Belə vəziyyət onurğa arteriyalarını sıxaraq beyinə gedən qan dövranını pisləşdirə bilər.

Baybin Çen daha bir risk faktoru kimi üzdəki sızanaqların sıxılmasını qeyd edib. O bildirib ki, üzdəki "ölüm üçbucağı" adlanan zonaya təzyiq etmək ciddi fəsadlar törədə bilər. Nevroloqun sözlərinə görə, bu zonadakı infeksiyalar damarlar vasitəsilə daha dərinə yayıla, nadir hallarda tromblaşmaya və insulta səbəb ola bilər.