Vahid Ələkbərovun sərvəti nə qədərdir?

Vahid Ələkbərovun sərvəti nə qədərdir?

Azərbaycan əsilli biznesmen, “Lukoyl” şirkətinin təsisçisi Vahid Ələkbərov dünyanın ən varlı insanları siyahısında 105-ci yerdə qərarlaşıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Bloomberg Milyarderlər İndeksi" fevral ayı üçün reytinq açıqlayıb. 

Məlumata görə, Vahid Ələkbərovun sərvəti illik müqayisədə 2,27 milyard dollar, bu ilin əvvəlindən bəri isə 210 milyon dollar artıb. Beləliklə, onun sərvəti 24,9 milyard dollar olaraq qiymətləndirilib.

Qeyd edək ki, Vahid Ələkbərov Azərbaycanda fəaliyyət göstərən "Yelo Bank" ASC-nin əsas sahibidir.