Vahidə Rzayeva yüksək vəzifəyə təyin edilib

Vahidə Rzayeva yüksək vəzifəyə təyin edilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu - Vahidə Rzayeva  “PAŞA Holding”MMC-nin İnsan Resursları və İnzibati işlər departamentinə direktor təyin edilib.

O, müxtəlif illərdə Azercell Telekom MMC və AzerGold QSC-də rəhbər və ekspert vəzifələrində fəaliyyət göstərib.

Vahidə Rzayeva bakalavr təhsilini Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyasında İdarəetmə ixtisası üzrə (2007–2011), magistr təhsilini isə ADNSU və ABŞ-nin Corciya Dövlət Universitetinin birgə layihəsi olan MBA (Operations Management) proqramında “Əməliyyatların İdarəedilməsi” ixtisası üzrə (2011–2013) tamamlayıb. 

ADNSU məzunlarının ölkənin aparıcı şirkətlərində təmsil olunması universitetin yetişdirdiyi peşəkar kadrların uğur göstəricisidir.