VAKANSİYA - Bilet satışı üzrə mütəxəssis
Millennium Tourism vakansiya elan edir.
Şəhər: Bakı
Əməkhaqqı: 1500 AZN-dən başlayaraq, təcrübə və peşəkarlığa uyğun olaraq razılaşma yolu ilə
Vəzifə öhdəlikləri:
Müxtəlif istiqamətlər üzrə aviabilet axtarışı və satışının həyata keçirilməsi;
Fərdi və qrup uçuşları üzrə aviabilet rezervasiyalarının aparılması;
Amadeus rezervasiya sistemində sərbəst işləmək;
Müştərilərin aviabilet və uçuşlarla bağlı sorğularının vaxtında və işgüzar formada cavablandırılması;
Aviabilet bronlarının yaradılması, dəyişdirilməsi və ləğv edilməsi;
Bilet qaydalarının, tariflərin və baqaj şərtlərinin müştərilərə izah edilməsi;
Uçuş cədvəllərinin və alternativ marşrutların araşdırılması;
Müştərilərlə telefon, sosial şəbəkələr və digər kommunikasiya kanalları vasitəsilə işin aparılması;
Gündəlik bilet satışı və müştəri bazası ilə bağlı işlərin həyata keçirilməsi.
Namizədə tələblər:
Yaş: 25 – 45
Cins: Qadın
Təhsil: Ali
Aviabilet satışı sahəsində minimum 5 il iş təcrübəsi;
Amadeus sistemini yaxşı səviyyədə bilmək və praktik istifadə təcrübəsinə malik olmaq;
Turizm və aviabilet satışı sahəsində peşəkar təcrübə;
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək;
İngilis dili biliyi arzuolunandır;
Kompüterdə sərbəst işləmək və internetdən aktiv istifadə etmək;
Sürətli axtarış və operativ qərarvermə bacarığı;
Səlis və işgüzar danışıq qabiliyyəti;
İşgüzar yazışma bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq;
Müştərilərlə düzgün ünsiyyət qurmaq bacarığı;
Vaxtın idarə olunması və komandada işləmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqədar şəxs: Leyla Mammadaliyeva - Əlaqə +994 70 221 90 97


