VAKANSİYA - Filial meneceri

VAKANSİYA

"GL" ASC (Sizin Lombard) Şəmkir şəhərində yerləşən filial üzrə Filial Meneceri vakansiyası elan edir!

Əsas vəzifə öhdəlikləri:

Filial əməkdaşlarının fəaliyyətinə və təqdim olunan kreditlərin icrasına nəzarət etmək;

Kredit portfelinin keyfiyyətinə nəzarət və vaxtında ödənişlərin təmin olunmasına şərait yaratmaq;

Yeni kredit və satış metodlarının tətbiqi ilə bağlı təşəbbüslərlə çıxış etmək;

Kreditlərin təsnifləşdirilməsi və Kredit Komitəsinə təqdim olunmasını təşkil etmək;

Problemli kreditlərlə bağlı hesabatlar hazırlamaq və aidiyyəti şöbələrə təqdim etmək;

Filial üzrə müəyyən edilmiş hədəflərə nail olmaq və Baş Ofis ilə səmərəli əməkdaşlıq etmək.

Namizəddən tələblər:

Maliyyə, kredit və ya satış sahəsində rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;;

Ali təhsil;

Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;

Yaş həddi: 30–50 ;

Fərdi və komanda ilə işləmə bacarığı, təşəbbüskarlıq və məsuliyyətlilik.

İş şəraiti və təkliflər:

İş qrafiki: Bazar ertəsi – Cümə / 09:00 – 18:00

Əməkhaqqı: Razılaşma yolu ilə

Əlavə olaraq əməkhaqqının iki mislinə qədər bonus alma imkanı.      

Peşəkar inkişaf və karyera yüksəlişi perspektivləri

Qeyd: Filialın kateqoriyası qalxdıqca əməkhaqqı da mütənasib şəkildə artacaq.

Tələblərə cavab verən namizədlərdən “Filial Meneceri (Şəmkir)” başlığı ilə CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur:

Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq. Göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında qorunur.