VTB (Azərbaycan)-da yeni təyinatlar olub
VTB (Azərbaycan)-da yeni kadr təyinatları həyata keçirilib.
BusinessTİme Banka istinadən xəbər verir ki, Yusif Əliyev Bankın Kiçik biznesin müştəriləri ilə iş idarəsinin rəisi vəzifəsinə təyin edilib. Bu təyinata qədər Yusif Əliyev Yelo Bank-da Mikrobiznes müştəriləri departamentinin direktor müavini vəzifəsini icra edib.
O, Azərbaycan Dövlət İqtisad Universitetini “Beynəlxalq ticarət” ixtisası üzrə bitirib.
17 ildən artıq bu sahədə təcrübəyə malik olan Əliyev, karyerasını AccessBank-da başlayıb.
Rəşad Aslanov isə Kiçik biznesin müştəriləri ilə iş idarəsinin rəis müavini vəzifəsinə təyin edilib. Karyerası ərzində ölkənin aparıcı banklarında müxtəlif rəhbət vəzifələrdə fəaliyyət göstərib.
Aslanov Azərbaycan Dövlət Neft Akademiyasını “İnformatika və hesablama texnikası” ixtisası üzrə bitirib. Biznesin təşkili və idarə edilməsi istiqaməti üzrə Master of Business Administration (MBA) dərəcəsinə malikdir.


