bp indiyədək Azərbaycandakı layihələrə 89 milyard dollardan çox sərmayə yatırıb

bp indiyədək Azərbaycandakı layihələrə 89 milyard dollardan çox sərmayə yatırıb

bp şirkəti bu vaxtadək öz tərəfdaşları ilə birlikdə Azərbaycanda icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub.

AZƏRTAC bp-nin məlumatına istinadla xəbər verir ki, fəaliyyətə başladığı vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon dollardan çox vəsait xərcləyib.

Qeyd edək ki, şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəlib.