Vüsal Aslanovdan yeni təyinatlar

"Bakı Metropoliteni" QSC-də Hüquq departamentinin rəisi, Kommersiya departamentinin rəisi və Daxili Nəzarət şöbəsinin rəisi vəzifələrinə yeni təyinatlar olub.
BusinessTime.az APA-ya istinadən məlumat verir ki, qurumun Hüquq departamentinin rəisi Babək İsmayılov öz vəzifəsindən azad edilərək həmin departamentin rəis müavini vəzifəsinə təyin olunub.
B.İsmayılovun yerinə Metropolitenin Hüquq departamentin rəisi vəzifəsi Kənan Quliyevə həvalə edilib. K.Quliyev daha öncə Azərbaycan İnvestisiya Holdinqində Hüquq departamentinin müdiri vəzifəsində çalışıb.