Xocalı soyqırımı bəşəriyyətin faciəsi idi
Bir zamanlar sözün əsl mənasında işıqları söndürülmüş Xocalı və onun kimi yüzlərlə yaşayış məntəqələrimiz həyata qaytarılır, sönmüş ocaqlar yenidən qalanır!
İki əsr əvvəl məqsədli şəkildə yurdsuz və yazıq siması ilə tarixi Azərbaycan torpaqlarına köçürülmüş ermənilər bir müddətdən sonra özlərini heç də təqdim olunduqları kimi aparmadılar. Bu azmış kimi zaman-zaman dövlətimizə qarşı torpaq, ərazi iddiası ilə çıxış edən məkrli ermənilər ən xırda imkan tapan kimi mənfur niyyətlərini həyata keçirməyə çalışmış, təəsüflə də olsun deməliyik ki, əksər hallarda öz çirkin niyyətlərinə nail ola bilmişlər. Havadarları tərəfindən məqsədli şəkildə idarə edilən bu toplumun peşəkarlıqla bacardığı terrorizm, vandalizm siyasəti qeyd etdiyimiz kimi onları idarə edənlərin hər zaman işinə yaramışdır. Son 200 il ərzində tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmış azğın millətin xalqımızın başına gətirdiyi müsibətlər saysız-hesabsızıdır. Belə müsibətlərdən biri olan Xocalı soyqırımının tördəilməsindən artıq 34 il ötür.
1992-ci ili 26 fevral gecəsi Xocalı şəhərində yaşanan qətliamdan bu qədər müddət, zaman ötsə də xalqımız ağır hadisəni unutmayıb. Bu faciə təkcə xocalılara qarşı deyil, bütöv bəşəriyyətə qarşı törədilmiş bir hərbi cinayət idi. Əliyalın, silahsız insanlara qarşı bu cür qəddarcasına davranmaq ancaq terrorçu, barbar, milliyətçi, şovonist ermənilərə xas olan bir xüsusiyyət ola bilərdi. Erməni silahlıları həmin gün əsl bəşəri cinayətə imza atdı. Həmin gecə 613-nəfər Xocalılı şəhid oldu, min nəfərdən çox şəhər sakini əsir götürüldü, yüzlərlə şəxs ciddi şəkildə öz sağlamlığını itirdi. Bu soyqrımı törədənlərin məqsədi xalqımızın birlik əzmini qırmaq, vətən, torpaq sevgisini sındırmaq idi. Ancaq düşmən yanılırdı.
Ötən hər gün xalqın yaddaşımda əbədi qalan bu faciənin ağrısı, acısı yenilənməkdə, düşmənə qarşı olan nifrət isə hər ötən gün artmaqda idi.
Artıq üç ildir ki, bu dəhşətli soyqrımın ildönümləri tam fərqli şəkildə qeyd edilməkdədir. Xocalı şəhəri azaddır və faciə zamanı şəhid olmuş xocalıların da ruhu şaddır. Demək olar ki, hər gün Böyük Qayıdış proqramına uyğun olaraq onlarla məcburi köçkün ailəsi, elədə Xocalı sakinləri öz yurdlarına qayıdır, dağıdılmış, viran qoyulmuş yurdlarına isti nəfəs gətirirlər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə azad edilmiş yurdlarımızda aparılan yenidənqurma işləri vətəndaş olaraq hər birimizi qürurlandırır. Bir zamanlar sözün əsl mənasında işıqları söndürülmüş Xocalı və onun kimi yüzlərlə yaşayış məntəqələrimiz həyata qaytarılır, sönmüş ocaqlar yenidən qalanır!.
Günay Quliyeva
Neftçala rayonu

