Yeni Mercedes-AMG G 63 4x4

Yeni Mercedes-AMG G 63 4x4

Qusursuz və sərt "Mercedes-AMG G 63 4x4" Bakının ən mötəbər məhəllələrində arzulanan qonaq oldu.

İkinci nəsil Meredes-AMG G 63 4x4 avtomobili təkmilləşdirilmiş asqı, xüsusi yolsuzluq şini ilə əhatələnmiş 22 düymlük təkər diskləri ilə təchiz olunub və orijinal dizaynda tərtib edilmişdir. Belə bir “Qalendvagenin” kresloları Nappa dərisi, sükan çarxı isə Dinamica dərisi ilə işlənmişdir. SUV-lərin indiki nəslinə tanış olan 12,3 düym diaqonala malik iri ekran ön panelin əsas elementini təşkil edir. Yeni modelin kapotunun altında 585 at gücünə və 850 Nm fırlanma anına malik olan 4 litr tutumlu V8 tvin-turbo mühərriki yerləşdirilmişdir. Bu qüvvətli mühərrik 9-pilləli “avtomat” ilə əlaqələndirilmişdir və, yolsuzluq şəraitində istiqamətləndirmə qabiliyyətinə baxmayaraq, qaldırılmış G63-ün 4,5 saniyə ərzində saatda 0-dan 100 km-dək sürətlənməsinə imkan verir.

Avtomobil haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:

Autostar Kaukasus

Теl.: +994 12 496 50 50 / +99412 976

Abşeron Avtomobil Mərkəzi

Теl.: + 994 12 347 78 00