30-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəldi

30-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəldi

Aprelin 1-də "Prive Steak Gallery" restoranında "İşgüzar Səhər Yeməyi" çərçivəsində 30-a yaxın Marsol Group partnyoru növbəti dəfə bir araya gəlib. 

Görüşdə ənənəvi olaraq iştirakçılar arasında tanışlıqlar və B2B müzakirələr baş tutub, Marsol Group-un gələcək fəaliyyətləri haqqında məlumat verilib.

Sonda 2026-ci il üzrə Marsol Group partnyorluğuna qoşulan şirkətlərə "Üzvlük" sertifikatı və "Partnyorluğun simvolu" olan yaxa nişanı da təqdim edilib.