4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edildi
Ədliyyə nazirinin müvafiq əmri ilə Nazirliyin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Elgiz İsmailov tutduğu vəzifədən azad olunaraq sərəncama götürülüb.
BusinessTime xəbər verir ki, bu barədə Redaksiya-nın sorğusuna əsasən Ədliyyə Nazirliyindən məlumat verilib.
Məlumata görə, həmin vəzifənin icrası müvəqqəti olaraq 12 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi Vaqif İsmayılova həvalə edilib.


