12 avqust tarixində 50-yə yaxın Marsol Group partnyorunun iştirakı ilə “Gülüstan Garden” restoranında “İşgüzar Səhər Yeməyi” keçirilib.
Faktor.az xəbər verir ki, görüş zamanı sahibkarlar fəaliyyət istiqamətləri barədə məlumat paylaşaraq yeni tanışlıqlar qurub və əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Marsol Group-un fəaliyyəti və qarşıdakı layihələri barədə məlumat verilib.
Görüşdə Dövlət Məşğulluq Agentliyinin baş mütəxəssisi Aqşin Babayev, Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası Ceyhun Qurbanov və Kapital Bankın İnzibati idarəetmə departamentinin Satınalmalar şöbəsinin müdiri Rza Rzayev iştirak edərək təmsil etdikləri qurumların fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumat veriblər.
Görüş çərçivəsində sahibkarlarla dövlət və özəl sektor arasında B2G əlaqələrin qurulması üçün yeni imkanlar yaranıb.
Görüşün yeniliklərindən biri isə sahibkarların birbaşa ikitərəfli əlaqələr qurması və konkret əməkdaşlıq imkanlarını müzakirə etməsi üçün təşkil olunan “B2B müzakirə masaları” olub. Sahibkarların fəal iştirakı ilə görüş daha geniş biznes əlaqələrinin qurulmasına və yeni əməkdaşlıq imkanlarının formalaşmasına şərait yaradıb.