"Azərbaycan Sənaye Bankı"nın kreditlər üzrə faiz gəlirləri 40%-dən çox artıb
2026-cı ilin yanvar-sentyabr aylarında ASB Bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon 680,26 min manat və ya 23,3% artaraq 35 milyon 372 min manat təşkil edib.
2025-ci ilin müvafiq dövründə bankın faiz gəlirləri 28 milyon 691,74 min manat olub.
Hesabat dövründə bankın kreditlər üzrə faiz gəlirləri 15 milyon 18,44 min manatdan 21 milyon 93,03 min manata yüksəlib. Bu, illik müqayisədə 6 milyon 74,59 min manat və ya 40,4% artım deməkdir.
Bankın faiz xərcləri isə 2025-ci ilin ilk doqquz ayındakı 14 milyon 319,03 min manatdan 2026-cı ilin eyni dövründə 19 milyon 819,66 min manata çatıb.
Beləliklə, xərclər 5 milyon 500,63 min manat və ya 38,4% artıb.
Faiz gəlirləri ilə faiz xərcləri arasındakı fərqə əsasən, bankın xalis faiz gəlirləri 14 milyon 372,71 min manatdan 15 milyon 552,34 min manata yüksəlib. Artım 1 milyon 179,63 min manat və ya 8,2% təşkil edib. (Valyuta.az)


