Antalyaya turist axını 62% artıb
Bu ilin yanvar-aprel aylarında Türkiyənin Antalya bölgəsinə 1,112 milyon turist səfər edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62 % çoxdur.
Hesabat dövründə Antalyaya turist axını ən çox Almaniya, İngiltərə və Rusiyadan olub.
Xatırladaq ki, bu ilin I rübündə Türkiyə turizmdən 5,455 milyard ABŞ dolları gəlir əldə edib. 3 ay ərzində qonşu ölkənin turizm obyektlərində 6,311 yerli və xarici vətəndaş dincəlib.