AQC beynəlxalq əlaqələrini genişləndirir

AQC beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Oruc Belarusa işgüzar səfəri çərçivəsində Belarus Qiymətləndiricilər Cəmiyyətinin sədri, Beynəlxalq Avrasiya Qiymətləndiricilər Birlikləri Şurasının Baş direktoru Nikolay Yuryeviç Trifonov ilə görüşüb.

Minsk şəhərində baş tutan görüşdə iki ölkənin qiymətləndirmə sektoru arasındakı mövcud əlaqələr, təcrübə mübadiləsi və gələcək əməkdaşlıq imkanları müzakirə edilib. 

Görüş zamanı Vüqar Oruc qeyd edib ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hazırkı fəaliyyəti, eyni zamanda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası barədə məlumat verib. 

AQC İdarə Heyətinin sədri həmçinin qarşıda duran perspektivlər və layihələr barədə danışıb. 

Nikolay Trifonov öz növbəsində Azərbaycanlı həmkarının səfərindən məmnunluğunu ifadə edərək, Belarus Qiymətləndiricilər Cəmiyyətinin AQC ilə tarixi bağları xatırladıb. Qeyd edib ki, AQC-nin qurucusu olan Xanhüseyn Kazımlı ilə birgə çoxsaylı layihələr həyata keçirib. Həmçinin AQC ilə hazırda da sıx əməkdaşlığa və ortaq tədris proqramlarına hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, Nikolay Yuryeviç Trifonov fizika-riyaziyyat elmləri namizədi, dosentdir. O, eyni zamanda Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü və Böyük Britaniyanın RICS (Fellow of Royal Institution of Chartered Surveyors) təşkilatının fəxri üzvüdür.