"Asfalt Raqib" məhkəməni uduzdu: 100 hektar meşəni geri qaytaracaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkərandakı məşhur Haftoni meşəsində icarə müqaviləsinin şərtlərinə zidd olaraq 100 hektar ərazidə bağ salan şəxsin müqaviləsinə xitam verilməsi iddiasına Ali Məhkəmədə baxılıb.
BusinessTime.az "Ecofront" səhifəsinə istinadla xəbər verir ki, iş adamı Raqib Məmmədova (ləqəbi "Asfalt Raqib") qarşı qaldırılan iddia təmin edilib və icarə müqaviləsi ləğv olunub.
Məhkəmənin qərarına əsasən, adıçəkilən şəxs 100 hektar meşə sahəsini geri qaytarmalıdır.
Bildirilib ki, daha öncə onun icarə müqaviləsindən kənar məhv etdiyi 27 hektar meşə ərazisi də geri qaytarılmışdı.

