Azərbaycan dondurmanın kiloqramını 6,5 manata ixrac edib

Azərbaycan dondurmanın kiloqramını

2026-ci ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrə 18,41 ton dondurma və digər yeyinti buz növləri ixrac edib.

Ixracın ümumi dəyəri 70 min 570 ABŞ dolları təşkil edib ki, bu da təxminən 119 min 969 manata bərabər olub.

Statistikaya görə, dondurma və digər yeyinti buz növləri Türkmənistan və İsrailə ixrac olunub.

Belə ki, Türkmənistana 9,48 ton məhsul 36 min 640 ABŞ dollarına ixrac edilib ki, bu da təxminən 62 min 288 manata bərabərdir. Bu ölkəyə ixrac edilən məhsulun 1 kiloqramının orta qiyməti 3,86 ABŞ dolları və ya 6,57 manat olub.

İsrailə isə 8,93 ton məhsul 33 min 930 ABŞ dollarına ixrac olunub ki, bu da təxminən 57 min 681 manata bərabərdir. Bu ölkəyə ixrac edilən məhsulun 1 kiloqramının orta qiyməti 3,80 ABŞ dolları və ya 6,46 manat təşkil edib. (Valyuta)