Azərbaycan HR İnstitutu LinkedIn-in rəsmi tərəfdaşı oldu

Azərbaycan HR İnstitutu LinkedIn-in rəsmi tərəfdaşı oldu

Dünyanın ən peşəkar biznes platforması olan LinkedIn ilə imzalanmış rəsmi tərəfdaşlıq müqaviləsinə əsasən Azərbaycan HR İnstitutu Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri üzrə LinkedIn-nin rəsmi tərəfdaşı olub.

Bu tərəfdaşlıq çərçivəsində Azərbaycan HR İnstitutu region ölkələrində fəaliyyət göstərən özəl və dövlət sektoruna aid təşkilatlara LinkedIn Talent Solutions-un tam portfelini təqdim edəcək. Əməkdaşlıq istedadların cəlb edilməsi, işə qəbul proseslərinin optimallaşdırılması, əmək bazarı analitikası, HR brendinq və insan kapitalının inkişafı sahələrində qabaqcıl beynəlxalq təcrübələrin tətbiqinə imkan yaradacaq.

Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov rəsmi açıqlamada bildirilib ki, bu əməkdaşlıq yalnız tərəfdaşlıq deyil, eyni zamanda region üzrə strateji genişlənmə və təşkilatların transformasiyası baxımından mühüm addımdır. Məqsəd regionda fəaliyyət göstərən qurumların böyüməsinə, rəqabət qabiliyyətinin artırılmasına və davamlı inkişafına dünya səviyyəli istedad həlləri ilə dəstək verməkdir. 

Emil Hüseynov LinkedIn rəhbərliyinə göstərilən etimada və səmərəli əməkdaşlığa görə təşəkkürünü bildirib və bu tərəfdaşlığın region üzrə uzunmüddətli dəyər yaradacağını vurğulayıb.