Azərbaycan İnvestisiya Holdinqi auditor seçib
Azərbaycan İnvestisiya Holdinqi 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
BusinessTime dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "KPMG Audit Azərbaycan" MMC-dir.
Qalib şirkətə 56 640 manat ödəniləcək.
Ötən il bu tenderin qalibi "Ernst & Yanq (Siyaes) Bİ.Vİ" şirkətinin Azərbaycandakı nümayəndəliyi olub. Ona 197 650 manat ödənilib.


