Azərbaycan İnvestisiya Holdinqinin ofisi ASK-nın binasına köçürülür

Azərbaycan İnvestisiya Holdinqinin ofisi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) ofisi Azərbaycan Sənaye Korporasiyasının (ASK) inzibati binasına köçürülür.

Bu barədə İqtisadiyyat.az-a etibarlı mənbədən bildirilib.

Qeyd edək ki, ötən ilin dekabr ayında Prezident İlham Əliyev ASK-nın ləğv edilməsi barədə Sərəncam imzalayıb. Sərəncama əsasən, ASK-nın tərkibindəki “Azərbaycan alüminiumu” ASC, “Azəralüminium” MMC və “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC AİH-in tərkibinə verilib.

Paralel olaraq, İqtisadiyyat Nazirliyinə ASK və onun tabeliyindəki digər müəssisələrin əmlakı ilə bağlı təkliflər hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

ASK-nın ofisi ləğvetmədən öncəki vaxta qədər paytaxtda “ASK Villa” inzibati binasında fəaliyyət göstərib. “ASK Villa” ASK-nın tabeliyindəki “ASK Əmlak” şirkətinin idarəetməsində olub.

AİH-in ofisi isə paytaxtın Azərbaycan prospekti 6 ünvanında yerləşir.