Azərbaycana beynəlxalq poçt göndərişlərinin həcmi və dəyəri azalıb

Azərbaycana beynəlxalq poçt göndərişlərinin həcmi və dəyəri azalıb

2025-ci ilin yanvar–dekabr aylarında Azərbaycanda beynəlxalq poçt göndərişlərinin dəyəri 65 milyon 108,24 min ABŞ dolları, həcmi isə 247,95 ton təşkil edib.

Valyuta.az xəbər verir ki, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,12 faiz və ya 7 milyon 338 min ABŞ dolları, həcm ifadəsində isə 15,95 faiz və ya 47,07 ton azdır.

2025-ci ilin 12 ayı ərzində Azərbaycana xarici ölkələrdən 61 milyon 778,38 min ABŞ dolları dəyərində 240,41 ton poçt göndərişi idxal edilib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,85 faiz və ya 7 milyon 520,09 min ABŞ dolları, həcm ifadəsində isə 16,58 faiz və ya 47,8 ton azalma deməkdir.

Qeyd edək ki, 2024-cü ilin eyni dövründə Azərbaycana xarici ölkələrdən 69 milyon 298,47 min ABŞ dolları dəyərində 288,21 ton poçt göndərişi idxal edilib.