Azərbaycanda ən çox maaş alanlar bu sahələrdə çalışır

Azərbaycanda ən çox maaş alanlar bu sahələrdə çalışır

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub.

BusinessTime xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Belə ki, mədənçıxarma sənayesində dövlət işçilərinin orta aylıq maaşı 2 530,2 manat, qeyri-dövlət işçilərinin orta aylıq maaşı isə 5 189,2 manat təşkil edib.

Sonrakı yerlərdə maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə sahəsi gəlir.