Azərbaycanda yeni dövlət standartları qəbul edildi
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) metrologiya sahəsi üzrə 3 yeni dövlət standartı qəbul edib.
BusinessTime bu barədə Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, dövlət standartları sayğacların işləmə prinsiplərinə, təhlükəsizliyinə, istehsalına, sınaqlarına, həmçinin plastik məmulatların günəş şüalanmasının təsiri nəticəsində rəng, möhkəmlik və digər fiziki xüsusiyyətlərində baş verə biləcək dəyişikliklərin qiymətləndirilməsinə dair müvafiq tələbləri müəyyən edir.
Yeni dövlət standartı layihələri Azərbaycan Metrologiya İnstitutunun nəzdindəki "Metrologiya sahəsi" Standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 47) təqdimatı əsasında qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.


