Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri ötən ay artıb

Azərbaycanın İKT sektorunda ümumi istehsal dəyəri ötən ay artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda 1 milyard 775,1 milyon manatlıq məhsul istehsal edilib.

BusinessTime Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 % çoxdur.


Təkcə avqustda isə bu sektorda 266,1 milyon manatlıq məhsul istehsal olunub ki, bu da 1 il əvvələ nisbətən 13,8 % çoxdur.


Bu ilin ilk 8 ayında sektorun Ümumi Daxili Məhsulda (ÜDM) payı 2 % təşkil edib.


Xatırladaq ki, hesabat dövründə Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq və yaxud illik müqayisədə 1,4 % çox ÜDM istehsal olunub.