Azərbaycanın nar ixracından gəliri artmaqda davam edir
Bu ilin birinci rübündə Azərbaycandan 4,1 milyon dollar dəyərində 4,7 min ton nar ixrac edilib.
İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Hesabat dövründə nar ixracı illik müqayisədə dəyər baxımından 21,3% çoxdur.


