Azərbaycanın şəkər idxalı artıb

Azərbaycanın şəkər idxalı artıb

Azərbaycan bu ilin yanvar-avqust aylarında şəkər idxalına 196,9 milyon dollar xərcləyib.

BusinessTime xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,6 milyon dollar çoxdur.

Hesabat dövründə şəkərin qeyri-neft sektoru üzrə ümumi idxaldakı xüsusi çəkisi 1,72% təşkil edib.