Azərbaycanın süd idxalına çəkdiyi xərc 61% artıb

Azərbaycanın süd idxalına çəkdiyi xərc 61% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 10,3 milyon dollar dəyərində süd idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 61,2% çoxdur.

Hesabat dövründə süd idxalı Azərbaycanın ümumi idxalının 0.26%-ni təşkil edib.