Azərbaycanlılar xaricdə istirahətə bu qədər pul xərcləyib

Azərbaycanlılar xaricdə istirahətə bu qədər pul xərcləyib

Azərbaycan vətəndaşlarının xarici ölkələrə səyahətə marağı artmaqda davam edir. Ötən il xarici turlar üçün satılan turizm paketlərinin dəyəri 137,8 milyon manatı ötərək son illərin ən yüksək göstəricisi olub.

Bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda turizm – 2026" statistik məcmuəsində məlumat verilib.

Məlumata əsasən, 2025-ci ildə Azərbaycan vətəndaşlarına xarici ölkələrə səyahət üçün 67 min 301 turizm paketi satılıb. Bu paketlərin ümumi dəyəri 137 milyon 820,2 min manat təşkil edib.

Müqayisə üçün qeyd edək ki, ölkədaxili səyahətlər üçün satılan turizm paketlərinin sayı 8 min 483, ümumi dəyəri isə cəmi 2 milyon 751 min manat olub.

Statistikaya görə, ümumilikdə 2025-ci ildə ölkədə 86 min 147 turizm paketi satılıb. Onların ümumi dəyəri isə 153 milyon 291,2 min manat təşkil edib. Bunun böyük hissəsi xarici səfərlər üçün alınan turizm paketlərinin payına düşüb.