"Bakcell"i tərk etdi, "Nar"da yüksək vəzifəyə getdi
"Bakcell" MMC-nin B2B müştərilərin cəlb edilməsi şöbəsinin rəhbəri işdən çıxıb.
İlkin Nəsirli sözügedən vəzifədən ayrılıb.
O, “Azerfon” MMC-nin ("Nar" ticarət nişanı) B2B satış və biznes həlləri departamentinin rəhbəri vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, "Bakcell" "NEQSOL Holding"in tərkibində olan "Azerconnect Group"a daxildir. "Bakcell"in Baş icraçı direktoru (CEO) Qunnar Pankedir. O, bu ilin 8 iyun tarixində sözügedən vəzifəyə təyin edilib. Q.Panke daha öncə “Azerfon” MMC-nin CEO-su olub.
“Azerfon”un isə, CEO-su Özgür Gencdir. Ö.Genc 2025-ci ilin oktyabr ayında bu vəzifədə Q.Pankeni əvəz edib.


