“Baker Tilly Azərbaycan” səhmdarlara dividend ödəyib – səhmdarlar kimlərdir?

“Baker Tilly Azərbaycan” səhmdarlara dividend ödəyib

Azərbaycanda audit şirkəti “Baker Tilly Audit Azərbaycan” QSC 2025-ci ilin yekunları üzrə səhmdarlarına 684.2 min manat dividend ödəyib.

Banker.az bunu şirkətin audit hesabatına istinadən xəbər verir.

Bu, əvvəlki ildə ödənilmiş 658.9 min manat dividend ilə müqayisədə 3.84% çoxdur.

Maliyyə hesabatına əsasən, şirkət 2025-ci ili 883.7 min manat xalis mənfəətlə başa vurub ki, bu da illik müqayisədə 28.02% azdır. Buna baxmayaraq, bölüşdürülməmiş mənfəət il ərzində 11.65% artaraq 1.91 milyon manata çatıb.

Audit şirkətinin əsas səhmdarı 89.7% payla Vəliyev Samir Sədədin oğludur. Digər səhmdarlar Səfərəliyev Rüstəm Rəşad oğlu (5.15%), Hacıyeva Nərmin Səhrab qızı (2.05%), Nəsirov Ziya Namus oğlu (2.05%) və Bədəlov Ramil Zakir oğlu (1.05%)dur.

“Baker Tilly Audit Azərbaycan” audit, vergi, mühasibat və konsaltinq xidmətləri göstərir. Şirkət həmçinin təlim fəaliyyəti ilə məşğul olan “Baker Tilly Academy” MMC-nin 90%-lik payına sahibdir.