Bakıda silahlı insident: İki nəfər güllələndi

Bakıda silahlı insident:

Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələnib.

Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatı araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb. (bakupost)