“Bank VTB Azərbaycan”nın qazancında CİDDİ AZALMA

“Bank VTB Azərbaycan”nın qazancında

“Bank VTB Azərbaycan” ASC 30 sentyabr 2026-cı il üzrə maliyyə hesabatını açıqlayıb.

Sözügedən dövrə bankın cəmi aktivləri 367 mln 789 min manat olub.

Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% çoxdur. Bankın müştərilərə verilmiş kreditlərinin həcmi isə illik müqayisədə 25,6% artaraq 304 mln 43 min manat təşkil edib.

Bankın cəmi öhdəlikləri isə illik olaraq 33,5% artaraq 249 mln 453 min manata çatıb. Həmçinin bu dövrdə müştərilər tərəfindən yerləşdirilən depozitlərin həcmində də artım müşahidə olunub. Belə ki, depozit portfelinin həcmi son bir ildə 48,9% artaraq 30 sentyabr tarixinə 153 mln 422 min manat olub. Depozit portfelində fiziki şəxslərin əmanətləri 126 mln 589 min manat, şirkətlərin depozitləri 26 mln 832 min manat təşkil edib.

Cari ilin üçüncü rübünün yekununda “VTB Bank”ın cəmi kapitalı 118 mln 335 min manat olub ki, bu da illik müqayisədə 6,1% çoxdur.

Sözügedən dövrdə bankın faiz gəlirləri 31 mln 280 min manat, faiz xərcləri 9 mln 357 min manat, qeyr-faiz gəlirləri 10 mln 175 min manat, qeyri-faiz xərcləri isə 24 mln 893 min manat olub. Bank mümkün zərərlər üçün ehtiyatların yaradılmasına ayırlmalarını 324 min manat azaldıb, mənfəət vergisi üzrə yaranan 148 min manat artıq ödəməsini geri alıb. 

Nəticədə, bank cari ilin ilk 9 ayını 7 mln 678 min manat xalis mənfəətlə başa vurub. 2025-ci ilin eyni dövrü ilə müqayisədə bankın xalis mənfəətində 26,8% azalma müşahidə olunub.

Qeyd edək ki, "Bank VTB Azərbaycan" 2003-cü ildən fəaliyyət göstərən “AF Bank” ASC-nin bazasında 2009-cu ildə yaradılıb. Bankın səhmlərinin 99,99%-i “Bank VTB Rusiya” ASC-yə, 0,01%-i isə Adıgözəl Ağayevə məxsusdur.

Olke.az