Bəzi un istehsalçıları topdansatış qiymətləri artırıb - SİYAHI

Bəzi un istehsalçıları topdansatış qiymətləri artırıb

Cari ilin fevral ayının 5-nə olan məlumata əsasən, Azərbaycanda unun topdansatış qiyməti açıqlanıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, ilin əvvəli ilə müqayisədə unun topdansatış qiymətində artım müşahidə olunur.

Açıqlanan rəsmi məlumatda ölkədə hazırda 50 kq-lıq unun topdansatış qiyməti 26,1 - 28,6 manat aralığında dəyişir.

İlin əvvəli ilə müqayisədə qiymətlərdə 0,1 - 0,3 manat artım müşahidə edilir. Amma digər istehsalçılardan fərqli olaraq "Qarabağ un"a məxsus un 0,1 manat ucuzlaşıb.

Bununla belə, topdansatış olaraq ən ucuz un növü "Dəvəçi-Taxıl" MMC, ən bahalısı isə "Azeri-Arapoğlu U.S.və T.LTD" BM tərəfindən bazara təqdim olunur.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına əsasən, un istehsalçılarının hazırda topdansatış qiymətlərini təqdim edirik: