“BilBacar” müsabiqəsi yenidən başlayır!

“BilBacar” müsabiqəsi yenidən başlayır!

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BilBacar” müsabiqəsi yenidən başlayır. 

Müsabiqə 2025/2026-cı tədris ilində 3 və 4-cü sinif şagirdlərini əhatə edəcək.

Müsabiqənin builki məqsədi ibtidai sinif şagirdlərində oxu savadlılığını artırmaq, mətnin məzmununu anlama, təhlil və nəticə çıxarma bacarıqlarını inkişaf etdirmək, oxu fəaliyyətlərini təşviq etmək, eyni zamanda şagirdlərə kompüter əsaslı qiymətləndirmə mühitində təcrübə qazandırmaqdır.

Müsabiqə tədris ili ərzində hər dəfə 29-38 sual olmaqla 4 mərhələdə keçiriləcək. Şagirdlərə yarışlara hazırlıq məqsədilə hər mərhələ öncəsi əlavə suallar da veriləcək.

Şagirdlər yarışda topladıqları ballara əsasən yer tutacaqlar və ən çox bal toplamış 450 şagird 2026-cı ilin iyun ayında final yarışında iştirak edəcək.