Bill Qeyts xeyriyyəçilik etməsəydi, sərvəti 460 milyard dollar olacaqdı

Bill Qeyts xeyriyyəçilik etməsəydi,

Uzun illər milyarderlər reytinqində birinci yeri tutan və hazırda 105 milyard dollar sərvəti olan Bill Qeytsin daha varlı olmamasının iki əsas səbəbi böyük məbləğdə pul bağışlaması və "Microsoft" səhmlərinin böyük əksəriyyətini satması olub.

B.Qeyts və keçmiş həyat yoldaşı Melinda öz fondlarına birgə 63,9 milyard dollar ianə ediblər. Bu xeyriyyəçilik dəyəri artan "Microsoft" səhmləri ilə maliyyələşdirildiyindən, həmin aktivlər əlində qalsaydı, onun sərvətinə daha 356 milyard dollar əlavə olunacaqdı. Beləliklə, o, bu gün 460 milyard dollarlıq sərvətə sahib ola bilərdi.

B.Qeyts pul bağışlamayıb "Microsoft"dakı ilkin 45%-lik payını da satmasaydı, şirkətin hazırkı 3,63 trilyon dollarlıq bazar dəyəri fonunda onun sərvəti 1,63 trilyon dollar təşkil edəcəkdi.