Borcalanların ailələrini kredit yükündən qoruyan sığorta imkanı
PAŞA Həyat Sığorta ASC istehlak krediti götürən şəxslər üçün ölüm və əlillik risklərinə qarşı Kredit Həyat Sığortası məhsulunu təqdim edir.
Şirkətin məlumatına görə, məhsul kredit müddəti ərzində borcalanın vəfatı və ya xəstəlik və bədbəxt hadisə nəticəsində əlilliyin müəyyən edilməsi hallarında kredit öhdəliklərinin təmin olunmasına yönəlib.
Sığorta təminatına vəfat, həmçinin bədən funksiyalarının 31–60%, 61–80% və 81–100% pozulması nəticəsində əlilliyin müəyyən edilməsi halları daxildir.
PAŞA Həyat Sığorta bildirir ki, sığorta hadisəsi baş verdikdə ödənilməmiş kredit öhdəliklərinin sığorta şirkəti tərəfindən qarşılanması borcalanın və ailəsinin maliyyə yükünü azaltmağa imkan verir.
Məhsulun müddəti kreditin müddətinə uyğunlaşdırılır. Kredit Həyat Sığortası həm borcalanlar üçün maliyyə müdafiəsi, həm də banklar üçün risklərin idarə olunması vasitəsi kimi təqdim edilir.


