“PAŞA Sığorta”nın səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək
26 oktyabr 2026-cı il tarixində “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 (“Sahil Plaza” biznes mərkəzi) ünvanında yerləşən inzibati binasında, saat 12:00-da baş tutacaqdır.
Yığıncağın gündəliyinə Cəmiyyətin digər hüquqi şəxslərin nizamnamə kapitalına investisiya qoyulması ilə bağlı məsələ daxil edilmişdir. Gündəlikdə nəzərdə tutulmuş məsələ ilə bağlı materiallar səhmdarların elektron poçt ünvanlarına göndəriləcəkdir.
Yaranan əlavə suallarla əlaqədar olaraq [email protected] elektron poçt ünvanına müraciət etməyiniz xahiş olunur.


