"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb

"BP-Azerbaijan"da yerli işçilərin sayı açıqlanıb

Bu ilin ikinci rübünün yekununda BP şirkətində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarının ümumi sayı 2 363 nəfər təşkil edib.

BusinessTime xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əməliyyatçılar adından cari ilin birinci yarımilinin nəticələrinə dair yaydığı biznes hesabatında qeyd olunub. Bu rəqəmə müddətli müqavilə əsasında çalışan əməkdaşlar da daxildir.

Hesabata əsasən, bu göstərici 2025-ci ilin ilk altı ayının nəticələri ilə müqayisədə 32 nəfər, yəni 1,3 % azdır.

2018-ci ilin ortalarından etibarən BP-nin ixtisaslı əməkdaşlarının 90 %-ni yerli kadrlar təşkil edir. İxtisası olmayan heyət isə tam şəkildə, yəni 100 % Azərbaycan vətəndaşlarından formalaşıb.

BP öz təlim və peşə inkişafı proqramlarını daha da təkmilləşdirmək, yüksək ixtisaslı kadrlar sahəsində yerli bazarı gücləndiirmək məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində fəal iştirakını davam etdirəcək.

Qeyd edək ki, 2025-ci ilin ikinci rübünün sonunda BP şirkətində çalışan Azərbaycan vətəndaşlarının sayı 2 395 nəfər olub və bu rəqəmə müddətli müqavilə üzrə işləyən əməkdaşlar da aid edilib.