“Bravo” supermarketlə bağlı iki protokol tərtib edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərbaycan Supermarket” MMC (Bravo) barəsində istehlakçı hüquqlarının pozulması ilə bağlı 2026-cı ilin iyununda iki inzibati xəta haqqında protokol tərtib edib.
BusinessTime bunu dövlət agentliyinə istinadən xəbər verir.
Məlumata görə, hər iki halda qida məhsulu üzərində göstərilən qiymətdən daha baha qiymətə satılıb. Bununla bağlı ilk protokol 10 iyun 2026-cı ildə, ikinci protokol isə 23 iyun 2026-cı ildə rəsmiləşdirilib.
Bu 2026-cı ildə müvafiq məsələyə görə protokollar ilk dəfədir.
Aşkar edilmiş pozuntular “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulması kimi qiymətləndirilib.
Hər iki fakt üzrə hüquq pozuntusu əlamətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi – malın hesabına dair istehlakçıların az miqdarda aldadılması ilə tövsif olunub.
Xatırladaq ki, “Azərbaycan Supermarket” 2015-ci ilə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır. Şirkət “Bravo” supermarketlər şəbəkəsinin idarə edilməsi ilə məşğuldur. (banker.az)


