Bu şəxslərin əməkhaqqına vergi güzəşti tətbiq olunacaq
Nazirlər Kabineti “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na dəyişiklik edib.
Qərara əsasən, siyahıya minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin valideynləri, dul arvadları (ərləri) və övladları daxil edilib.
Bunun üçün aşağıdakı sənədlər tələb olunacaq:
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin arayışı;
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı;
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Azərbaycan
Respublikası Dövlət Sərhəd Xidmətinin arayışları;”


