Toyota Corolla ABŞ bazarı üçün 60 illik yubiley versiyasına sahib olub

Toyota Corolla ABŞ bazarı üçün 60 illik yubiley versiyasına sahib olub

Toyota Corolla modelinin 60 illik yubileyinə həsr olunmuş xüsusi versiyası ABŞ bazarında da təqdim edilib. 2027-ci ilin əvvəlində satışa çıxacaq xüsusi buraxılış məhdud sayda – 2 500 ədəd istehsal olunacaq.

Yubiley versiyası Corolla SE Hybrid komplektasiyası əsasında hazırlanıb. Avtomobil üçün Ice Cap ağ rəngi və yalnız bu versiyaya məxsus Supersonic Red qırmızı rəngi təklif edilir. Model həmçinin xüsusi 18 düymlük disklər və 60th Anniversary loqoları ilə fərqlənir.

Salonda qırmızı-qara rəngli dekor elementləri, xüsusi döşəmə örtükləri və 10,5 düymlük multimedia ekranı standart avadanlığa daxil edilib. Texniki hissədə isə SE Hybrid-in 138 at gücündə hibrid güc qurğusu saxlanılıb.