“CineMastercard” da türk kriminal dramı “Çatlı”

“CineMastercard” da türk kriminal dramı “Çatlı”

CineMastercardkinoteatrlarşəbəkəsində "Çatlı" türk kriminal dramı 19 marttarixindən etibarən nümayiş olunacaq. Real hadisələrəəsaslanan film Türkiyənin müasir tarixində ən çoxmüzakirə olunan fiqurlardan biri — Abdullah Çatlınınhəyatına həsr olunub.

Filmin rejissoru Deniz Enyüksekdir. Ssenarininmüəllifləri isə Onur Tan Nevzat Erkuldur.

Baş rolu — Abdullah ÇatlınıTürkiyə milli yığmasının «Qalatasaray» klubunun sabiqfutbolçusu Vedat İnceefe canlandırıb. Bu rol aktyorüçün böyük kinoda ilk təcrübə olub.

Film Çatlının həyatındakı dönüş nöqtələrindən bəhsedir: 12 sentyabr 1980-ci il hərbi çevrilişindən sonrakıfəaliyyəti, Avropada keçirdiyi çətin illər, ASALA terror təşkilatı ilə mübarizə, eləcə Roma Papasınaqarşı sui-qəsd işi üzrə məhkəmə prosesindən sonraonun Türkiyəyə qayıdışından əvvəlki dövr.

Hekayə həmçinin həmin dövrdə Türkiyədə baş verənsiyasi sosial proseslərə işıq salır 1996-cı ildəSusurlukda baş verən faciəvi avtomobil qəzasındanəvvəlki hadisələrə toxunur.

Filmdə Çatlının həyat yoldaşı Meral Çatlıya da xüsusiyer ayrılıb. Abdullah Çatlının həbsdə olduğu müddətdəonun apardığı mübarizə göstərdiyi dəstək çətindövrlərdə qadının rolunun gücünü əhəmiyyətinivurğulayır.

Hadisələrlə zəngin bu dramatik film güclü aktyorheyəti ilə seçilir; filmdə həmçinin Eren Vurdem, ÖmərKurt, Engin Benli, Erdal Kiçükkömürcü, ŞivaBehruzfar, Turqay Tanülkü Nizam Namidar rolalıblar.

Çəkilişlər bir neçə ölkədə, o cümlədən Budapeştdə, həmçinin Türkiyənin Avropanın müxtəlifməkanlarında aparılıb. Yaradıcı heyət 1980-ci illərinatmosferinin bərpasınakostyumlara, dekorasiyalara tarixi detallara xüsusi diqqət yetirib.

Layihənin müəllifləri qeyd edirlər ki, Çatlı filmi yalnız bioqrafik dram deyil, həm bir insanın taleyivasitəsilə Türkiyə tarixinin mürəkkəb ziddiyyətlidövrünü anlamağa cəhd edir.

Filmin nümayişi ekskziv olaraqCineMastercardkinoteatrlar şəbəkəsində baş tutacaq.