COP31 sammitinin təhlükəsizliyinə 58 min nəfər cəlb olunub

COP31 sammitinin təhlükəsizliyinə 58 min nəfər cəlb olunub

Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransı (COP31) çərçivəsində təhlükəsizlik tədbirlərinə ümumilikdə 58 min əməkdaş cəlb edilib.

BusinessTime xarici mediaya istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri quru, hava və dəniz istiqamətlərində planlaşdırılıb, polis və jandarm qüvvələrinin 26 min əməkdaşı quruda xidmət göstərir, Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) isə 1 000 əməkdaşı mümkün fövqəladə hallara qarşı hazır vəziyyətə gətirilib.

Nazir qeyd edib ki, tədbirlər zamanı yanğın, axtarış-xilasetmə, eləcə də kimyəvi, bioloji, radioloji və nüvə təhlükələri də nəzərə alınıb. O, iqlim dəyişikliyinin yalnız ekoloji deyil, həm də ictimai təhlükəsizliyə təsir edən risk amili olduğunu vurğulayıb.