“Dan treyd”, "Bertand” və “Plasmetal” CƏZALANDIRILDI - SANKSİYA

“Dan treyd”, "Bertand” və “Plasmetal” CƏZALANDIRILDI -

“Dan treyd” MMC, "Bertand” MMC və “Plasmetal” MMC rəqabət qanunvericiliyini pozub.

BusinessTime bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.

Belə ki, sözügedən şirkətlər barəsində Rəqabət Məcəlləsinin 22.1.3-cü maddəsinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. 

İşə baxılması yekunlaşıb. Şirkətlərin hər birinə yol verdikləri haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməməsi barədə müvafiq göstəriş verilib və maliyyə sanksiyası tətbiq edilib.

Qeyd edək ki, “Dan treyd” MMC-nin nizamnamə kapital 10 manat, qanuni təmsilçisi Anton Suşin Fyodoroviçdir. "Bertand” MMC-nin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Süleymanov Rəşadət Vidadi oğludur. “Plasmetal”MMC-nin isə nizamnamə kapitalı 200 manat, qanuni təmsilçisi Abbasov Samir Əbülfəz oğludur.