Dövlət Proqramı İdarəetmə Qrupunda yeni kadr təyinatı olub
Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunda yeni kadr təyinatı olub.
Cavidan Qasımov Dövlət Proqramı İdarəetmə Qrupunun Strateji maliyyə və maliyyə planlaşdırılması və təhlili üzrə rəhbər vəzifəyə təyin olunub.
Qeyd edək ki, Cavidan Qasımov bundan əvvəl Dövlət Sosial Müdafiə Fondunda çalışıb. O, 2022–2025-ci illərdə Fondun Daxili Nəzarət Departamentinin müdiri, 2020–2022-ci illərdə isə Hesabatlılıq, Təhlil və Monitorinq Departamentinin müdiri vəzifələrində fəaliyyət göstərib.


