FAB Şirkətlər Qrupu Mərkəzi Asiya bazarında fəaliyyətini genişləndirir
FAB Şirkətlər Qrupu 16–18 sentyabr 2026-cı il tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən “Uzbekistan Coatings Show 2026” beynəlxalq sərgisində iştirak edir.
“Anhor Park Expo” sərgi mərkəzində keçirilən tədbir lak-boya və örtük materialları, xammal, istehsal avadanlıqları və texnologiyaları sahəsində fəaliyyət göstərən istehsalçıları, distribyutorları, təchizatçıları və sektor mütəxəssislərini bir araya gətirir.
Sərgidə FAB boya məhsulları, FABKİM quru inşaat qarışıqları, HILLFAN boruları, NEOTEK kabelləri və digər tikinti materiallarından ibarət geniş məhsul portfeli beynəlxalq auditoriyaya təqdim olunur.
“Uzbekistan Coatings Show 2026” çərçivəsində şirkət nümayəndələri Özbəkistan və Mərkəzi Asiyanın digər ölkələrindən olan biznes tərəfdaşları, distribyutorlar və sektor nümayəndələri ilə görüşlər keçirir, yeni əməkdaşlıq imkanları və ixrac perspektivləri ətrafında fikir mübadiləsi aparırlar.
FAB Şirkətlər Qrupunun beynəlxalq sərgilərdə iştirakı şirkətin ixrac imkanlarının genişləndirilməsi, yeni biznes əlaqələrinin qurulması və FAB brendinin Mərkəzi Asiya bazarında mövqeyinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin tərkib hissəsidir.


