Gənclər Fondunun maliyyə dəstəyi ilə ekoloji layihə həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə ekoloji layihə həyata keçirilib

Gənclər Fondunun maliyyə dəstəyi ilə Nigar Məmmədovanın rəhbərliyi altında “İnfoEco” adlı ekoloji maarifləndirici layihə gerçəkləşdirilib.

Layihə çərçivəsində toplanmış məlumatlar və aparılan tədqiqatlar infoqrafik təsvirlər vasitəsilə cəmiyyətə təqdim olunur. Bu yanaşma ekoloji problemlərin daha aydın, anlaşılan və vizual cəhətdən cəlbedici formada ictimaiyyətə çatdırılmasına imkan yaradır.

Layihənin əsas məqsədi vətəndaşlarda ekoloji problemlər haqqında məlumatlılığı artırmaq, onların gündəlik həyatında bu məsələlərin əhəmiyyətini göstərmək və ekoloji düşüncə tərzini formalaşdırmaqdır.

Layihə çərçivəsində ekologiyanın bir sıra əsas problemləri araşdırılmışdır. Azərbaycanın müxtəlif bölgələrində hava, su və torpaq çirklənməsi ciddi narahatlıq doğurur. Bu çirklənmə sənaye tullantıları, nəqliyyat vasitələrinin qaz emissiyaları və kənd təsərrüfatı fəaliyyəti nəticəsində baş verir ki, bu da insanların sağlamlığına, sosial rifahına və ölkənin davamlı inkişafına mənfi təsir göstərir.

Nigar Məmmədova bildirib ki, infoqrafik təsvirlər vasitəsilə ekoloji məlumatların sadə və vizual formada təqdim olunması cəmiyyətin bütün təbəqələrinin bu sahədəki bilik və təcrübəsini artırmağa xidmət edir.

Video linklər

https://youtu.be/MjdDixMnos4?si=_a7qPBAL3v9QTX_g
https://youtu.be/ZnJ-kgy6VRU?si=Ujjon1M7fvfq9TpV
https://youtu.be/DgcQbr2Y4v4?si=qUr1uwiXQBLySKOy